“Məktəblərdə davamiyyət 80 faizə qədərdir” - Təhsil naziri

   “Məktəblərdə davamiyyət 80 faizə qədərdir” -    Təhsil naziri
  30 Mart 2021    Oxunub:1988
"Bu gün ümumi təhsil müəssisələrinin 98.4 faizində tədris ənənəvi üsul ilə təşkil edildi".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

Nazir bildirib ki, məktəblərdə şagirdlərin davamiyyəti 80 faizə qədərdir: "Bu günədək yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin 50 faizdən çoxu peyvənd olunub və proses davam edir. Təhsilin ənənəvi formada davamlılığını qorumağımız üçün şəxsi gigiyena qaydalarına riayət etməyimiz ən vacib amildir".

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Dərs  





Xəbər lenti