Heç nə unudulmur

Heç nə unudulmur
  27 Fevral 2014    Oxunub:1125
Xocalı soyqırımı heç zaman unudulmayacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

İnstitutdan AzVision.az.az bildirmişlər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, professor Mirzə Mövsümzadə çıxış edərək Xocalı faciəsindən 22 il keçməsinə baxmayaraq soyqırımı qurbanlarının unudulmadığını bildirmiş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən dinc, əliyalın əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verib.
Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev “Xocalı soyqırımı: gənclərin gözü ilə” mövzusunda məruzə edib.

Ə.Sucayev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılmış “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirildiyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər də Xocalı soyqırımının dəhşətlərindən danışıblar.



Teqlər:





Xəbər lenti