AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  25 Fevral 2014    Oxunub:1641
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
XXII Topaz Premyer Liqasının XXIII turunda keçirilmiş bir çox oyunlarda yol verilmiş noqsanlara görə AFFA bəzi klubları cərimələyib.

Belə ki, alınan qərara görə, 23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4, “Rəvan” klubunun 7 futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur.

Oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

22 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Qarabağ” – “Simurq” matçının 71 dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

22 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

22 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Sumqayıt” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

21 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

22 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turn“Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunur.

23 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunur.

19 fevral 2014-cü il U-19 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 31-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 9 №-li futbolçusu Əhəd Əhədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

Oyunun 87-ci dəqiqəsində “Sumqayıt” klubunun 23 №-li futbolçusu Samir Quliyevlə “Xəzər Lənkəran” klubunun 19 №-li futbolçusu Mansur Əhmədzadə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır.

19 fevral 2014-cü il U-19 Liqasının “İnter” – “Bakı” matçının 88-ci dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Teymur Kamal sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

20 fevral 2014-cü il U-19 Liqasının “Simurq” – “Qarabağ” matçının 90+4-cü dəqiqəsində “Simurq” klubunun 14 №-li futbolçusu Elmir Surxayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

17 fevral 2014-cü il Bakcell U-17 Liqasının “Rəvan” – “İnter” matçının 36-cı dəqiqəsində “Rəvan” klubunun 2 №-li futbolçusu Şamil Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

20 fevral 2014-cü il U-16 Liqasının “Bakı” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Tural Əhmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

Oyunun 73-cü dəqiqəsində “Bakı” klubunun 11 №-li futbolçusu Şahin Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

19 fevral 2014-cü il U-15 Liqasının “Neftqaz” – “Quba”OK matçının 65-ci dəqiqəsində “Neftqaz” klubunun 17 №-li futbolçusu İsa Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
18 fevral 2014-cü il U-15 Liqasının “Qarabağ” – “Turan-T” matçının 30-cu dəqiqəsində “Turan-T” klubunun baş məşqçisi Etimad Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.

18 fevral 2014-cü il U-15 Liqasının “Bakı” – “MKT Araz” matçının 66-cı dəqiqəsində “MKT Araz” klubunun 19 №-li futbolçusu Ərrəhman Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

22 fevral 2014-cü il U-14 Liqasının UGİM (Oğuz) – “Daşqın” matçında UGİM (Oğuz) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

22 fevral 2014-cü il U-14 Liqasının “Davidova” – “Xaçmaz” matçında “Davidova” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

22 fevral 2014-cü il U-14 Liqasının AZAL – Gİİ (Xaçmaz) matçında Gİİ klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Komanda 3 dəfə oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılır.

23 fevral 2014-cü il U-14 Liqasının “Qarabağ” – “Rəvan” matçının 59-cu dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Elcan Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.

23 fevral 2014-cü il U-14 Liqasının “Bakı” – “Neftçi” İSM matçı başa çatdıqdan sonra “Neftçi” İSM klubunun 2 №-li futbolçusu Amil Cəfərovla “Bakı” klubunun 9 №-li futbolçusu Riad Abbaszadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldıqları üçün hər iki futbolçu 2 oyunluq kənarlaşdırılır.

22 fevral 2014-cü il Coca-Cola U-13 Liqasının “Səbail” – 201 saylı məktəbin komandası matçında “Səbail” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

22 fevral 2014-cü il Atena U-12 Liqasının UGİM (Yevlax) – “Naftalan” matçında “Naftalan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

23 fevral 2014-cü il Atena U-12 Liqasının “Bakı” – “Qarabağ” matçının 40-cı dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Valeh Qəhrəmanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

23 fevral 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Titan” – “Ulduz” matçının 34-cü dəqiqəsində “Titan” klubunun baş məşqçisi Azər Qasımov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.

23 fevral 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Baku Flames-2” – “Neftçi-2” matçının 30-cu dəqiqəsində “Baku Flames-2” klubunun 13 №-li futbolçusu Aleksandr Şarko hakimə hədə-qorxu gəldiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır.

23 fevral 2014-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Disput” – “Metropoliten” matçının 15-ci dəqiqəsində “Disput” klubunun 6 №-li futbolçusu Elxan Sultanov hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır.
23 fevral 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclik” – “Səhliyalı” matçının 81-ci dəqiqəsində “Səhliyalı” klubunun 22 №-li futbolçusu Şahmurad Ağayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

23 fevral 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “Şirvan” matçının 40-cı dəqiqəsində “Şirvan” klubunun 1 №-li futbolçusu Elvin Qəmbərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

Oyunun 77-ci dəqiqəsində “Şirvan” klubunun 11 №-li futbolçusu Teymur İsmayılovla “Bayıl Rovers” klubunun 14 №-li futbolçusu Con Racou aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır.


Teqlər:





Xəbər lenti