Təhsil naziri sualları cavablandıracaq

Təhsil naziri sualları cavablandıracaq
  16 Mart 2021    Oxunub:2548
Təhsil naziri Emin Əmrullayev martın 18-i saat 16:00-da canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandıracaq.
Azvision.az xəbər verir ki, nazir E.Əmrullayev “Facebook” hesabı üzərindən təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə yanaşı, mövzuya dair vətəndaşları maraqlandıran digər suallara da cavab verəcək.

Sualları təhsil nazirinin “Facebook” səhifəsində paylaşdığı postun rəy bölməsində martın 17-i saat 18:00-dək yaza bilərsiniz. Canlı yayım zamanı suallar cavablandırılacaq.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti