İlin ikinci yarısında qlobal neft tələbatı artacaq

İlin ikinci yarısında qlobal neft tələbatı artacaq
  12 Mart 2021    Oxunub:3493
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal xam neft tələbatının artacağını gözləyir.
Azvision.az xəbər verir ki, OPEC-in yaydığı məlumata görə, ilin ikinci yarısında peyvəndlə bağlı səylərdəki irəliləyişlər və iqtisadiyyatlardakı müsbət dinamikanın istehlaka müsbət təsiri fonunda qlobal neft tələbatının artacağı gözlənilir.

Avropa ölkələrində yeni tip koronavirus epidemiyası ilə mübarizə çərçivəsində görülən genişmiqyaslı tədbirlər və ABŞ-da işsizlik səviyyəsinin yüksək olmasının bərpa prosesini ləngidəcəyindən ilin ilk yarısında neft tələbatının zəif olacağı proqnozlaşdırılır.

Azvision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti