Hotellərə verilən ulduzun qiyməti açıqlandı

Hotellərə verilən ulduzun qiyməti açıqlandı
  11 Mart 2021    Oxunub:3220
Son illər Azərbaycanda hotelçilik sahəsində kifayət qədər işlər görülüb. Ulduz təsnifatı hotelçiliyin inkişafı üçün mühüm amildir və bu addım ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcək. Eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib. O bildirib ki, əsas məqsəd 3 istiqamət- hotellərin təbliğatı, keyfiyyəti və rəqabətqabiliyyətliliyi artırmaq üzrə yönəlib:

“2020-ci ilin iyununda Azərbaycan Avropa Mehmanxanalar Assosiasiyasının üzvü olub. Bu gün iki hoteldə Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar yoxlamalar keçirildi. Təsnifat sisteminin meyarları bütün Avropa ölkələrində tətbiq olunur. Azərbaycan Hotel Assosiasiyasının iki auditoru müraciət edən hotellərlə müzakirələr aparır. Hər şey mükəmməl olmaya bilər, qiymətləndirmə zamanı auditorlar çatışmazlıqlar aşkar etdikdə hotellərə onları düzəltmək üçün 6 ay vaxt verilir, çatışmazlıq böyükdürsə, 12 ay vaxt verilir. İlkin qiymətləndirmə olandan sonra auditorlar hesabat hazırlayır”.

Florian Zenqstşmidin qeyd edib ki, hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Karantin dövründə hotellərə rüsumda güzəşt edilir və sertifikat 3 illik veriləcək.

Azvision.az


Teqlər: Hotel   Turizm  





Xəbər lenti