Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək
  27 Mart 2013    Oxunub:1464
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il aprelin 5-də Ağstafa rayonunda vətəndaşların qəbulunu keçirəcək
Baş prokuror Zakir Qaralov bu il aprelin 5-də saat 11:00-da Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.



Teqlər:  





Xəbər lenti