Dövlət agentliyindən xəbərdarlıq: Sərt tədbirlər görüləcək

Dövlət agentliyindən xəbərdarlıq:  Sərt tədbirlər görüləcək
  09 Mart 2021    Oxunub:2505
Ötən dövr ərzində ölkədə faydalı qazıntı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subketləri tərəfimizdən monitorinq olunub. Orada çatışmazlıqlar, boşluqlar qiymətləndirilir və bununla bağlı hüquqi addımlar atılır.
Azvision.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, aparılan tədbirlərə baxmayaraq, sahibkarlar tərəfindən qanunvericiliyə əməl olunmaması və qanunvericilikdən kənar fəaliyyətlə bağlı cəhdlər aşkarlanıb:

“Bununla əlaqədar ciddi tədbirlər görülür və daha da sərt tədbirlər görüləcək. Mədən sənayesində fəaliyyət göstərən sahibkarlardan xahiş edirəm ki, onlar öz fəaliyyətlərini dövlətin müəyyən etdiyi qanunvericiliyə uyğun qursunlar və nöqsanlara yol verməsinlər. Bizim əsas məqsədimiz dağ-mədən sənayesi üzrə ən yaxşı təcrübəni ölkəmizə gətirmək və bu məsələ ilə bağlı sahibkarlarla dialoqa girməkdir. Ona görə də bu sahədə qarşılıqlı əməkdaşlıq etmək vacibdir”.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti