Bir həftədə 1100-dən çox nöqsan aşkarlandı

Bir həftədə 1100-dən çox nöqsan aşkarlandı
  09 Mart 2021    Oxunub:2432
Bu ilin 01-07 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb.

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%).

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti