Cəbhədəki gərginliyə aydınlıq gətirildi

Cəbhədəki gərginliyə aydınlıq gətirildi
  27 Mart 2013    Oxunub:1305
Azərbaycan Müdafiə Nazirliyi son günlər cəbhə xəttində yaranan gərginliklə bağlı vəziyyətə aydınlıq gətirib
"Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində vəziyyətə tam nəzarət edir. Düşmənin qarşısını layiqincə alır və bundan sonra da belə davam edəcək. Buna heç kimin şübhəsi olmasın".

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.

Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan müharibə şəraitindədir. Düşmən demək olar ki, hər gün atəşkəs rejimini pozur. Elə nöqtələr var ki, orada atışmalar və gərginlik müəyyən qədər uzun çəkir. Bunun nəticəsində də hər iki tərəfdən də itkilər olur.

"Dünən və srağagün, yəni martın 25-də və 26-da cəbhənin bir neçə istiqamətində atəşkəs rejiminin pozulması intensiv xarakter daşıyıb. Azərbaycan Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin həmlələrinin qarşısını alıb.

Hər iki tərəf itkilər verib. Düşmən itki verərək geri çəkilib. Erməni tərəfinin itkiləri barədə dəqiq məlumat olmasa da, onların olduğu dəqiqdir. Bunu ermənilərin əlahiddə hücum əməliyyatı kimi də qiymətləndirmək düzgün olmazdı.

Ancaq uzun müddətə, bir neçə saat davam edən atışmalar və gərginliklər baş verib ki, bunun da nəticəsində itkilər olub", deyə Sabiroğlu açıqlayıb.


Teqlər:  





Xəbər lenti