Neftin qiyməti 71 dolları ötüb

 Neftin qiyməti 71 dolları ötüb
  08 Mart 2021    Oxunub:2234
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib. Son dəfə “Brent” markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,81 faiz bahalaşaraq 67,95 dollar olub.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti