Dalay Lama koronavirusa qarşı peyvənd olundu

  06 Mart 2021    Oxunub : 2400
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Tibet buddistlyinin davamçılarının dini lideri XIV Dalay Lama Hindistanın hospitallarından birində koronavirusa qarşı peyvənd olunub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə dini lider özünün rəsmi "YouTube" kanalında yerləşdirilən videomüraciətdə bildirib.

XIV Dalay Lama deyib: "Aralarında həkim də olan yaxın dostlarımın dediyinə görə, ciddi problemlərin qarşısını almaq üçün peyvəd olunmaq lazımdır. Bu, çox vacibdir, buna görə mən peyvənd oldum. Mən daha çox insanın qorxmamasını və peyvənd olunmasını istəyirəm".

Dini lider hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Hindistanda koronavirusa qarşı vaksinasiya kampaniyası yanvarın 16-da başlayıb. Hazırkı dövrədək ölkədə 14 milyondan artıq insan peyvənd olunub. Vaksinasiya kampaniyası çərçivəsində "Covishield" və "Covaxin" peyvəndlərindən istifadə olunur.

Azvision.az

Teqlər: Peyvənd   DalayLama