Millimizin oyunlarının təqvimi açıqlandı - SİYAHI

Millimizin oyunlarının təqvimi açıqlandı - SİYAHI
  24 Fevral 2014    Oxunub:1342
Avro-2016-da millimizin oyunlarının təqvimi açıqlandı.
Avro-2016-nın seçmə mərhələsində H qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, millimiz ilk oyununu bu il sentyabrın 9-da Bakıda Bolqarıstana qarşı keçirəcək. Növbəti oyun isə İtaliya ilə çətin səfər qarşılaşmasıdır.

2014-cü il
9 sentyabr, saat 21:00
Azərbaycan - Bolqarıstan
10 oktyabr, saat 23:45
İtaliya - Azərbaycan
13 oktyabr, saat 23:45
Xorvatiya - Azərbaycan
16 noyabr, saat 21:00
Azərbaycan - Norveç

2015-ci il
28 mart, saat 21:00

Azərbaycan - Malta
12 iyun, saat 23:45
Norveç - Azərbaycan
3 sentyabr, saat 21:00
Azərbaycan - Xorvatiya
6 sentyabr, saat 21:00
Malta - Azərbaycan
10 oktyabr, saat 21:00
Azərbaycan - İtaliya
13 oktyabr, saat 23:45

Bolqarıstan - Azərbaycan
Qeyd edək ki, bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. 53 komanda hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq.

Xatırladaq ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq Avro-2016-nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü sırada bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.


Teqlər:





Xəbər lenti