Neftin qiyməti 70 dollara çatıb

 Neftin qiyməti 70 dollara çatıb
  06 Mart 2021    Oxunub:4598
Dünya bazarlarında neftin bahalaşması davam edir.
Azvision.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 4,20% artaraq 1 barelə görə 69,54 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,81% artaraq 66,26 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Qiymət  





Xəbər lenti