Ticarət və xidmət obyektlərində nöqsanlar aşkarlandı

Ticarət və xidmət obyektlərində nöqsanlar aşkarlandı
  05 Mart 2021    Oxunub:3660
Ticarət və xidmət obyektlərində monitorinqlər keçirilib.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a bildirilib ki, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nazirliyin martın 4-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda Vüqar Quliyevə məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda “Starex” MMC-yə məxus mağazada, Xəzər rayonunda “Oba market”də, Xədicə Orucovaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Rose geyim mağazası”nda, Binəqədi rayonunda "M Bulak Bank Olmayan Kredit Təşkilatı” MMC-də, Nəsimi rayonunda "Dynamex" MMC-də, ümumilikdə, 7 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkarlanıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: İqtisadiyyatNazirliyi  





Xəbər lenti