Berti Foqts: Mənə klassik suallar verməyin!

Berti Foqts: Mənə klassik suallar verməyin!
  23 Fevral 2014    Oxunub:1205
AzVision.az xəbər verir ki, Millimizin baş məşqçisi Berti Foqts AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə azerisport.az saytına kiçik müsahibə verib:

- Püşkatmanın nəticələri haqda nə deyə bilərsiniz?

- Mən bir o qədər də razı deyiləm. Qrupumuzda çox güclü komandalar var: İtaliya, Xorvatiya. Bolqarıstan və Norveç də hədiyyə deyil.

- Bu qrupda komanda nə qədər xal toplaya bilər?

- Bu, klassik azərbaycanlı sualıdır ki, buna da mən cavab vermək istəmirəm. Xahiş edirəm, mənə bu sualı verməyin.

- Nə üçün?

- Çünki mənə nəyisə təxmin etmək çətindir.

- Bu halda, komanda qarısında hansı məqsədlər qoyulacaq?

- Yaxşı oynamaq. Hər bir rəqiblə mübarizə aparmaq. Bu, bizim gücümüzdədir. Xüsusən, biz Bakıda yaxşı oyun göstərmək istəyirik ki, doğma divarlar arxasında bacardığımız qədər çox xal toplayaq.

- İtaliyanın qrupun əsas favoriti hesab edirsiniz?

- İtalyanlar və xorvatlar DÇ-də oynayacaqlar. Səviyyəcə bərabər komandalardır.


Teqlər:





Xəbər lenti