2 güllə yarası alan azərbaycanlının vəziyyəti yaxşıdır

2 güllə yarası alan azərbaycanlının vəziyyəti yaxşıdır
  23 Fevral 2014    Oxunub:1859
Kiyevdə 2 güllə yarası alan azərbaycanlının haqqında Hikmət Cavadov: "Teymur Müstafayevi əməliyyat edən həkimlə danışmışam. Onun həyati təhlükəsi yoxdur".
Bu gün Kiyevdəki iğtişaşlarda iki güllə yarası alan azərbaycanlının fotoları yayılıb. Ukraynada yaşayan azərbaycanlıların ANS PRESS-ə təqdim etdiyi şəkillərdə Teymur Müstafayevin səhhətinin yaxşı olduğu görünür.

Qeyd edək ki, Kiyevdə yaralanan azərbaycanlı Teymur Mustafayevin ölüm xəbəri yayılmışdı. Lakin AzVision.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bu barədə məlumatların əsassız olduğunu demişdi: "Bizim Lutsk şəhərindəki nümayəndəmiz onun vəziyyəti ilə maraqlanıb. Mən özümdə onu əməliyyat edən həkimlə telefon vasitəsilə danışmışam. T.Mustafayevin həyati təhlükəsi yoxdur. Onun döş qəfəsində iki güllə yarası izi olub. Lakin artıq vəziyyəti yaxşılaşıb və otura bilir"

Qeyd edək ki, əslən Bakıdan olan 1987-ci il təvəllüdlü Mustafayev Teymur Əli oğlu Ukrayna vətəndaşıdır.


Teqlər:





Xəbər lenti