Dərslər dayandırılacaq? - Rəsmi açıqlama

  02 Mart 2021    Oxunub : 5124
Dərslər dayandırılacaq? -  Rəsmi açıqlama
Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin martın 3-dən 9-dək dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Azvision.az -a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Xahiş edirəm, ötən ilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir", - deyə nazirlik rəsmisi qeyd edib.

Cəsarət Valehov, həmçinin bağça və universitetlərin də bağlanması barədə xəbərləri təkzib edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Dərs   Məktəb