Azərbaycanda peyvənd olunanların sayı 293 mini keçdi

Azərbaycanda peyvənd olunanların sayı 293 mini keçdi
  02 Mart 2021    Oxunub:1962
Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti