Paşinyanın istefasını tələb edən jurnalist öldü
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xanikyan baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər sırasında idi. Dünən o, müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən qəzada ölüb.
Uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi "Artsax" mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.
Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Jurnalist