Gürcüstan iqtisadiyyatı 11,5 faiz azalıb

  28 Fevral 2021    Oxunub : 1252
Gürcüstan iqtisadiyyatı 11,5 faiz azalıb
Gürcüstan iqtisadiyyatında azalma davam edir. Cari ilin yanvar ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11,5 faiz azalıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən ay ölkə iqtisadiyyatının əsas sahələrində geriləmə olub. Yalnız maliyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində artım qeydə alınıb.

Azvision.az

Teqlər: Gürcüstan