“Müharibə dövründə müəyyən çatışmazlıqlar da olub” - Prezident
Dövlət başçısı bildirib ki, müharibədə dövründə Azərbaycan yeni təcrübə toplayıb: "Çünki bizim ordumuz indiyədək, demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə təcrübəsindən düzgün nəticələr çıxarmalıyıq. Böyük uğurlarımız olub, eyni zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb ki, biz onları həll etdik.
Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa göstərən qardaş Türkiyə olacaq”.
Azvision.az
Teqlər: İlham-Əliyev