Rusiya Latviyaya nota verdi - Əsgərlərin abidəsi təhqir olunub

  26 Fevral 2021    Oxunub : 1579
Rusiya Latviyaya nota verdi -  Əsgərlərin abidəsi təhqir olunub
Rusiya səfirliyi Latviyanın Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Buna səbəb Latviyada naməlum şəxslər tərəfindən sovet əsgərlərinin abidəsinin təhqir olunmasıdır.

XİN rəsmisi deyib ki, ölkənin səlahiyyətlilərindən cinayətin araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və hücumun nəticələrinin aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsi tələb edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Latviya