Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi

  26 Fevral 2021    Oxunub : 1279
Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verdi
Qazaxıstanın Bakıdakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Azvision.az xəbər verir ki, bu barədə səfirlik “Facebook” səhifəsində paylaşım edib.

“Azərbaycan xalqının hüznünü və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edirik. Dünya ictimaiyyətinin Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün bütün səylərinin əsirgənməməsinin vacib olduğunu hesab edirik”, - deyə açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Xocalı