Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötdü

  26 Fevral 2021    Oxunub : 1092
Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötdü
Rusiyada son sutka ərzində 11 086 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 223 186 nəfərə çatıb.

Rusiyada son sutkada 428 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 85 304 nəfərdir. İndiyə qədər 3 783 386 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya