Müəllimlərin işə qəbulu müsahibə nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu müsahibə nəticələri açıqlandı
  25 Fevral 2021    Oxunub:2417
Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən Azvision.az-a bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2 min 912 namizəddən 2 min 715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti