Təhsil naziri Türkiyədə bir sıra görüşlər keçirib

Təhsil naziri Türkiyədə bir sıra görüşlər keçirib
  24 Fevral 2021    Oxunub:2529
Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti öncə Çankaya Peşə və Texniki Liseyini ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.

Daha sonra Təhsil naziri Emin Əmrullayev və Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Eren arasında görüş keçirilib.

Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti seçilib
Görüşün sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasında doktorantura səviyyəsində təhsil almağa və tədqiqat aparmağa əlavə imkanlar yaradacaq.

Günün ikinci yarısında nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bilkənd Universitetində olub. Ziyarət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb, tələbə-müəllim heyətinin mübadiləsi imkanları müzakirə olunub.

Fevralın 23-də təhsil naziri həmçinin Ali Təhsil Şurasını ziyarət edib. Ziyarət çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti, ali təhsil sahəsində qurumlararası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: EminƏmrullayev  





Xəbər lenti