Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib
  21 Fevral 2021    Oxunub:3027
Şərqşünaslıq elmləri doktoru, professor Vilayət Cəfərov 81 yaşında dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, Vilayət Cəfərov AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedoqoji fəaliyyətlə məşğul olub. 1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə İraqda tərcüməçi işləyib.

Vilayət Cəfərov Şərqşünaslıq İnstitutunda dünya ədəbiyyatı üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri olub.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Alim   AMEA  





Xəbər lenti