Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama

Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama
  16 Fevral 2021    Oxunub:2686
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, fevralın 5-dən etibarən start verilən müsahibələrdə bugünədək 2307 nəfər iştirak edib.

Fevralın 18-də yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilkdə 2948 nəfər dəvət olunub.

Qeyd edək ki, “Microsoft Teams” platforması üzərindən təşkil edilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.

Azvision.az


Teqlər: Təhsil   Müəllim   İmtahan  





Xəbər lenti