“Azəriqaz”da İctimai Şura yaradılıb
İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş edilir ki, 16 fevral 2021-ci il tarixdən etibarən 19 mart 2021-ci il tarixədək şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini [email protected] elektron ünvana göndərsinlər.
“Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.
Azvision.az