AMEA-nın elmi müəssisələrində islahatlara başlanılıb

AMEA-nın elmi müəssisələrində islahatlara başlanılıb
  13 Fevral 2021    Oxunub:2584
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclası keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əli­qu­li­yev, Bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin rəh­­bər­ləri, direktor müavin­lə­ri, elmi katibləri, təh­sil, bey­nəlxalq və icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, eləcə də gənc alim və mü­tə­xəs­sis­lər şu­ra­la­rının sədrləri işti­rak ediblər.

AMEA-dakı qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb
Gündəliyə əsasən, əvvəlcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət Proqramı və Tədbirlər planından irəli gələn tapşırıqlar müzakirəyə çıxarılıb.

Bu barədə çıxış edən akademik Rasim Əliquliyevin vurğulayıb ki, ölkəmizin Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, II Qarabağ müharibəsindən sonra qarşıda duran prioritet məsələ işğaldan azad olunmuş ərazilərin planlı şəkildə bərpasıdır. Alim vurğulayıb ki, son zamanlar cənab Prezidentin birbaşa rəhbərliyi ilə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir.

Rasim Əliquliyev bildirib ki, haqqında söhbət açılan Tədbirlər planı FRTEB-in elmi müəssisələrinin qarşısında işğaldan azad edilmiş ərazilərin kompleks şəkildə bərpası üçün elmi tədqiqatların aparılması, o cümlədən əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi, ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, radiasiya fon durumunun tədqiqi, logistika layihələrinin modelləşdirilməsi, Elektron Qarabağ konsepsiya­sı­nın işlənilməsi və reallaşdırılması, eləcə də onlayn platformada Qarabağ ensiklopediyasının hazır­lan­­ması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi məsələləri və bu kimi digər mühüm vəzi­fə­ləri qoyur.

Məsələ ilə bağlı çıxış edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi elmi qurumda artıq AzərEnerji ASC ilə birlikdə Dağlıq Qarabağ və ətraf rayonların bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlanılıb.

Onlayn iclasda müzakirəyə çıxarılan digər məsələ FRTEB-in elmi müəssisələrinin 2021-ci il üzrə elmi tədqiqat planları olub. Elmi müəssisələrin rəhbərləri öz fəaliyyət planlarını tədbir işti­rak­çılarının diqqətinə çatdırıblar. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəs­si­sə­lə­ri­nin cari ildə qarşıya qoyduqları elmi fəaliyyət planları yekdilliklə qəbul edilib.

Ümumi yığıncağın onlayn iclasında müzakirə olunan digər məsələ 2021-ci il, eləcə də 2021-2025-ci illər üzrə elmi tədqiqat planlarına, prioritet elmi istiqamətlərə, xüsusilə də müasir dünyanın çağırışları və ölkəmizin milli maraqlarına müvafiq olaraq, FRTEB-in elmi müəssisələrinin yeni strukturlarının təsdiq edilməsi olub. Qeyd olunub ki, elmi müəssisələrin yeni strukturları bu gün üçün aktual­lığını itirən elmi problemlərdən imtina olunması, müasir və aktual elmi istiqamətlərə uyğun strukturların yaradılmasını zəruri edib. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəs­si­sələrinin yeni struk­turları təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Gündəlik üzrə FRTEB-in elmi müəssisələrinin Elmi şuralarının yeni tərkibi müzakirə olunub. Bununla bağlı çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, son dövrlərdə cənab Prezidentin sosial, iqtisadi, dip­lo­ma­­tik və di­gər bu kimi çoxsaylı sferalarda apardığı islahatlar AMEA-nın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində də əsas rol oynayır. Bu baxımdan son dövr­lər­də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi-təşkilati fəaliyyətdə ida­rə­et­mə­nin op­ti­mal­laş­dı­rıl­ma­sı, əldə olunan innovativ po­ten­sial­lı el­mi nə­ti­cə­lə­rin istehsalatda çevik tətbiqi, gənc kadr­la­rın ha­zırlanması məqasədilə bir sıra istiqamətlərdə islahatlar həyata ke­çirilir. Onun sözlərinə görə, aparılan müvafiq struktur islahatları nəticəsində elmi təd­qi­qat müəssi­sə­lərinin Elmi şuralarının tərkibinin yenidən müəyyənləşdirilməsi zərurəti yaranıb.

FRTEB-in Elmi şurasının üzvləri yekdilliklə məsələnin lehinə səs verərək müvafiq müəs­si­sə­lərin Elmi şuralarının yeni tərkibini təsdiq ediblər. Daha sonra AMEA-nın akademik-katibi, akademik Adil Qəribov AMEA-nın elmi müəs­si­sə­lərinin büdcədən maliyyələşdirilməsi və təchizatı məsələləri ilə bağlı çıxış edib.

Bu və digər məsələlərlə bağlı aparılan müzakirələrdə akademiklər Telman Əliyev, Əli Abbasov, Yusif Məmmədov, Na­zim Məmmədov, Fikrət Əliyev, Ənvər Nəhmədov, AMEA-nın müxbir üzvləri Mi­sir Mərdanov, Oqtay Qasımov, Afiq Hə­sə­nov, Namiq Cəlilov, Ramiz Alıquliyev, Bilal Bi­lalov, Əminağa Sa­dı­qov, Vəli Hüseynov, Qeylani Pənahov, Vaqif İbrahimov, yaxından iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər.

FRTEB-in Ümumi Yığıncağı, həmçinin bir sıra kadr məsələsi ilə bağlı müvafiq qərarlar qəbul edib. Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti