Emin Əmrullayev britaniyalı nazirlə danışıqlar apardı

Emin Əmrullayev britaniyalı nazirlə danışıqlar apardı
  09 Fevral 2021    Oxunub:3944
Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti