`Amerikalı həmsədr Ledi Qaqadan ayrıla bilmir - Politoloq

`Amerikalı həmsədr Ledi Qaqadan ayrıla bilmir - Politoloq
  19 Fevral 2014    Oxunub:1564
Minsk qrupunun həmsədrləri əvvəlki uğurları itiriblər. Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, indiki həmsədrlər nəinki yeni tənzimləmə konsepsiyası hazırlaya bilmirlər, hətta əvvəlkilərin hazırladığı və öz ölkələrinin prezidentləri tərəfindən dəstəklənən variantı da müdafiə edə bilmirlər.
- Amerikalı həmsədr Ceyms Uorlikin fəallığı "axmaq aktivlik"dir. Ledi Qaqadan ayrıla bilməyən, əfqan narkotrafiklərinin təsirindən uzaqlaşmaq istəməyən Uorlik, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə heç nə bilmir. "Dağlıq Qarabağ hakimiyyəti" termini işlədir, sonra bəyan edir ki "bu de-fakto Dağlıq Qarabağ hakimiyyəti" termini kimi oxunmalıdır. Uorlikin Dağlıq Qarabağda azərbaycanlıların yaşaması və sonradan bu azərbaycanlıların başına nə gəlməsi barədə xəbəri yoxdur. Nədənsə Uorlikin bütün "səhvləri" ermənilərin xeyrinədir, hələ Azərbaycanın xeyrinə "səhv" etməyib,- deyən Mübariz Əhmədoğlunun sözlərinə görə, rusiyalı və fransalı həmsədrlər C.Uorlikin "axmaq aktivliy"i qarşısında geri çəkiliblər.

Politoloq qeyd edib ki, rusiyalı həmsədr heç bir təşəbbüskarlıq göstərmir: "Onun cəmi bir fərqli münasibəti oldu. Qarabağda "müdafiə nazirliyi"nin keçirdiyi müşavirəyə qatıldı, guya müharibənin qarşısını almaq istəyir, amma separatçı hərbçiləri ruhlandırır. Fransanın həmsədrliyinin passivliyi həm də Fransanın indiki təmsilçisinin şəxsi xarakteri ilə əlaqəlidir. 3 həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi fikir versəydilər, həmsədrliyə təqaüdçü yox, perspektivli diplomatları təyin edərlər".

O, əlavə edib ki, ATƏT MQ vasitəçiliyinin 22-ci ili çox ciddi iflasla xarakterizə olunur: "Amma bu 22 il ərzində vasitəçilər həqiqətən vasitəçiliklə məşğul olublar və ortaya 4 fundamental sənəd qoyublar. 1997-98-ci illərdə təqdim olunan üç tənzimlənmə variantından xeyli müddət sonra nəhayət 2009-cu ildə "Yenilənmiş Madrid Prinsipləri" (YMP) adlı tənzimləmə variantı hazırlandı və ABŞ Prezidentinin mətbuat xidməti vasitəsilə dünyaya təqdim olundu. 2009-cu ildən bəri vasitəçilərin fəaliyyətində geriləmə müşahidə olunur. Onlar özlərinin hazırladığı YMP-ni müdafiə edə bilmirlər, eləcə də özləri vasitəçilik statusunu azaltdılar".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ erməniləri ilə görüşən vasitəçilər Dağlıq Qarabağ azərbaycanlıları ilə təmasdan qaçırlar. Qarabağ münaqişəsinin qurbanı Dağlıq Qarabağ erməniləri deyil, Dağlıq Qarabağ azərbaycanlılarıdır: "ATƏT MQ vasitəçilərinin daha böyük kobud pozuntusu həmin sənəddəki vaxt reqlamentinə əməl etməmələridir. Həmin sənədin tələbinə görə əgər vasitəçilər iddia edirlərsə ki, tərəflər özləri könüllü surətdə razılığa gəlməlidirlər, bu baş vermədiyi halda 3 ay ərzində BMT TŞ qarşısında məsələ qaldırılmalıdır və ya razılığa gəlinə bilmədiyi halda vasitəçilər tərəflərə bu məsələni BMT TŞ-də qaldırmaq təklifini verə bilərlər".


Teqlər:





Xəbər lenti