`Azəryol` `Lokomotiv`ə qalib gəldi

`Azəryol` `Lokomotiv`ə qalib gəldi
  19 Fevral 2014    Oxunub:1315
“Azəryol” voleybol komandası “Lokomotiv”ə qalib gəlib.
Bu gün qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının X turu çərçivəsində bir oyun keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş yarışda “Azəryol” komandası “Lokomotiv” kollektivini qəbul edib.

Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəryol” komandası hesabındakı xalları 18-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Turnir cədvəlinin birinci pilləsində qərarlaşmış “Rabitə”nin də hesabında 18 xal olsa da, o rəqibini setlərin fərqinə görə üstələyir. “İqtisadçı” komandası isə 16 xalla üçüncü pillədə qərarlaşıb.


Teqlər:





Xəbər lenti