“Məktəbli forması şagirdlərin fərqlənməməsi üçün vacibdir”

“Məktəbli forması şagirdlərin fərqlənməməsi üçün vacibdir”
  30 Yanvar 2021    Oxunub:3356
Məktəbli formaları ilə bağlı qaydalar hazırlanıb, ictimai müzakirəyə çıxarılıb. Bu qaydalar hələlik qəbul edilməyib. Ümid edirik ki, yaxın gələcəkdə qəbul ediləcək.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, məktəbli forması şagirdlərin bir-birindən fərqlənməməsi üçün vacibdir: “Bizim təsdiq edəcəyimiz forma nümunələri əlçatanlıq və adi geyimdən qiymət baxımından fərqlənmir. Valideyn icması və məktəb rəhbərliyi bu istiqamətdə qərar verən tərəfdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb   Forma  





Xəbər lenti