Emin Əmrullayev: “Müəllimlər daha fəal olmalıdır”

 Emin Əmrullayev: “Müəllimlər daha fəal olmalıdır”
  30 Yanvar 2021    Oxunub:3634
Təhsil Nazirliyi və Nazirliyin aidiyyatı qurumları, Təhsil İnstitutu olaraq müəllimlərin onlayn dərslərini izləyirik. Ötən aylarla müqayisədə bu istiqamətdə müsbət dəyişiklik görürük.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib. O bildirib ki, müəllimlər bu sahədə bacarıqlarını artırır və təhsilimiz üçün əlavə stimul yaradırlar.

“Pandemiyadan sonra bu təcrübədən yararlana bilərik. Müəllimlərin dərslərini dinlədikcə onların ehtiyaclarını və gələcəkdə təlimləri hansı istiqamətdə keçirə biləcəyimiz fikrinə malik oluruq. Müəllimlərimiz bu istiqamətdə daha fəal olmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Dərs   Müəllim  





Xəbər lenti