Payızda təkrar buraxılış imtahanı keçiriləcək

Payızda təkrar buraxılış imtahanı keçiriləcək
  29 Yanvar 2021    Oxunub:1224
2021-ci ilin sentyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı (payız, təkrar), dövlət qulluğuna qəbul imtahanın test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər.

"İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər".

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti