ABA-dan
Azvision.az -a verilən məlumata görə, Ekspert Qrupunun üzvləri “YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirərək rəqəmsal ödənişlər sahəsində irəli sürülən təklifləri dəyərləndiriblər. İclasda “YAŞAT” ödəniş kartının emissiya şərtlərinə toxunularaq, fondun maddi dəstəyindən yararlanacaq vətəndaşlar tərəfindən bank seçiminin müstəqil qaydada həyata keçirilməsi zərurəti qeyd edilib bu məhsul üzrə təqdim ediləcək güzəştlər təhlil olunub.
İclasda, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə ödəniş sistemləri sahəsində hesabatlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlərə, Banklararası Kart Mərkəzi ödəniş sistemi üzrə hüquqi və prosedural münasibətlər üçün təkliflər paketinin hazırlanmasına toxunulub.
Azvision.az