Naxçıvanda imtahan nəticələrini SMS-lə öyrənmək olacaq

  28 Yanvar 2021    Oxunub : 2291
Naxçıvanda imtahan nəticələrini SMS-lə öyrənmək olacaq
Naxçıvanda məktəblilərin imtahan nəticələrini bildirən yeni xidmət yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, artıq Nazirliyin İmtahan Mərkəzində keçirilən imtahanların nəticələrinin SMS vasitəsi ilə əldə edilməsi mümkün olacaq. Xidmətin təşkilində məqsəd şagirdlərin imtahandakı uğurları ilə bağlı məlumatları valideynlərə daha rahat və əlverişli üsullarla çatdırmaqdır. İmtahan nəticələri ilə bağlı məlumat almaq istəyənlər Naxtel üzərindən şagirdlərin iş nömrələrini 7070-ə SMS-lə göndərə bilərlər.

Azvision.az

Teqlər: Naxçıvan   Təhsil