Latviya səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndiricisi oldu

  28 Yanvar 2021    Oxunub : 1590
Latviya səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndiricisi oldu
Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs bildirib.

Səfirin açıqlamasında deyilir: "NATO-nun Bakıdakı əlaqələndirici səfirliyinin rəhbəri olaraq, Qadınlar, sülh və təhlükəsizlik qətnaməsinin həyata keçirilməsində Azərbaycan ilə NATO arasındakı səmərəli əməkdaşlığı vurğulamaq istərdim. Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində bu mövzularda dialoqa kömək məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycan qadınlar, sülh və təhlükəsizlik mövzusunda ilk NATO /EAPC yüksək səviyyəli konfransının təşəbbüskarı oldu və tədbirə ev sahibliyi etdi.

Bu məsələlər, sülhün dəstəklənməsi, mülki-hərbi əməkdaşlıq və vacib infrastrukturla birlikdə önümüzdəki iki il ərzində diqqətimizdə olacaq".

Xatırladaq ki, bu ilin yanvar ayından 31 dekabr 2022-ci ilə kimi Latviyanın Azərbaycandakı səfirliyi NATO-da əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək.

Bundan əvvəl əlaqələndirici Macarıstan səfirliyi olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NATO