Kafe və restoranlar həftəsonları da işləyəcək

   Kafe və restoranlar həftəsonları da işləyəcək
  28 Yanvar 2021    Oxunub:2758
Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Qurum rəsmisi bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Azvision.az


Teqlər: Kafe   Restoran   Xidmət  





Xəbər lenti