Müəllimlərin nəzərinə: Sənəd qəbulu başa çatır

 Müəllimlərin nəzərinə:  Sənəd qəbulu başa çatır
  26 Yanvar 2021    Oxunub:2505
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu sabah başa çatır.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər.

Təlimatla tanış olduqdan sonra yanvarın 27-si saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Fevral ayından isə müsahibə mərhələsinə başlanılacaq.

Azvision.az


Teqlər: Müəllim   Müsabiqə  





Xəbər lenti