“Gəmi limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək” - Çavuşoğlu

  “Gəmi limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək” -  Çavuşoğlu
  24 Yanvar 2021    Oxunub:2403
“MV Mozart” gəmisi Qabon limanına daxil olan kimi azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin Vətəninə göndərilməsi istiqamətində tədbirlər görüləcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“MV Mozart” gəmisinin hazırda Qabonun sahil sularına çatdığını bildirən Çavuşoğlu qeyd edib ki, bir qədər əvvəl gəminin kapitanı ilə telefonla danışıb. Hazırda gəmi təhlükəsiz şəkildə limana daxil olmaq üçün gözləyir. Gəmiyə texniki yardım heyətinin göndərilməsi üçün Qabon tərəfi ilə danışıqlar aparılıb.

Nazirin sözlərinə görə, dəniz quldurları tərəfindən qaçırılan gəmi heyətinin xilas edilməsi ilə bağlı koordinasiyalı iş aparılır.

Qeyd edək ki, dəniz quldurlarının hücumuna məruz qalan “MV Mozart” gəmisinin 19 heyət üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.

Azvision.az


Teqlər: Gəmi   Çavuşoğlu  





Xəbər lenti