Emin Əmrullayev: “60 məktəb dağıdılıb”

  Emin Əmrullayev:  “60 məktəb dağıdılıb”
  24 Yanvar 2021    Oxunub:3287
Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb.
Azvision.az xəbər verir ki, bu fikirlər təhsil naziri Emin Əmrullayevin 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi “Twitter” hesabında etdiyi paylaşımda yer alıb.

Nazir paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

Qeyd edək ki, məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunları olublar. 1992-ci ilin mayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti