Cins mal-qara və cücə idxalı 2 illik gömrük rüsumundan azad edilib

   Cins mal-qara və cücə idxalı 2 illik gömrük rüsumundan azad edilib
  22 Yanvar 2021    Oxunub:1544
Bəzi mal-qara və ev toyuqlarının idaxalından gömrük rüsumu tutulmayacaq.
Azvision.az -ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda bildirilib ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.

Azvision.az



Teqlər: Gömrük   Mal-Qara  





Xəbər lenti