Məktəblərlə bağlı qərar bu tarixdə açıqlanacaq

 Məktəblərlə bağlı qərar bu tarixdə açıqlanacaq
  18 Yanvar 2021    Oxunub:3315
Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələlərinə toxunulacaq.

Brifinq çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Brifinq  





Xəbər lenti