Türkiyədə zəlzələ əhalini təşvişə saldı

  17 Yanvar 2021    Oxunub : 1285
   Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Türkiyənin Elazığ şəhərində 4,1 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 17,14 kilometr dərinlikdə yerləşib.

Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub. Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ