`Bakı` – `Neftçi` 2:0

`Bakı` – `Neftçi` 2:0
  16 Fevral 2014    Oxunub:1314
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün 21-ci turun oyunları keçirilib.
Azərbaycan Premyer Liqasında bu gün 21-ci turun oyunları keçirilib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, turun ikinci günündə daha 4 oyun baş tutub. Belə ki, "Neftçi" səfərdə "Bakı"nın qonağı olub və 2-0 hesabı ilə uduzub. Son oyunda "Neftçi" ilə xalları bərabər bölən "Xəzər Lənkəran" isə "Qəbələ" səfərinə yollanıb və 3-2 hesabı ilə çətin qələbə qazanıb. Digər görüşlərə gəldikdə isə "Qarabağ" AZAL-ı 2-1 hesabı ilə məğlub edib. "Sumqayıt"-"Rəvan" görüşü isə 1-1 hesablı bərabərliyə qalıb.

Premyer Liqa, XXI tur

15 fevral (şənbə)
13:30. “Bakı” – “Neftçi” 2:0
Qollar: Cavid Hüseynov, 61; Alberto Noquera, 86
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. “Qəbələ” – “Xəzər Lənkəran” 2:3
Qollar: Daniel Subotiç, 25,63 - Sadio Tounkara, 52 Etame 56, 83
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” – “Rəvan” 1:1
Qollar: Rəhman Hacıyev, 24 - Miloş Adamoviç, 44
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

17:00. “Qarabağ” – AZAL 2:1
Qol: Leroy Corc, 33 (1:0)
Tofiq Bəhramov adına Respublika stadionu

Xatırladaq ki, 3:2 hesabı ilə qalib gələn cənub təmsilçisi oyundan sonra problemlə qarşılaşıb. Oyun bitəndən sonra soyunub-geyinmə otağına yollanan Junior Nildo və Leonardo da Silsa arasında münaqişə baş verib. Təhlükəsizlik xidmətinin məsələyə qarışmasından sonra münaqişə çətinliklə də olsa yatırılıb.

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli oyunsonrası fikirlərini belə bildirib: “Bu, bizim turnir cədvəlinin liderlər qrupunda qərarlaşan klublara qarşı ardıcıl üçüncü oyunumuz idi. Ardıcıl 3 ağır oyun keçirdik. Bu görüşlərdə 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Biz həmin görüşlərdə 6 qol vurduq və bu, yaxşı rəqəmdir. Həmin əhəmiyyətli qollar komandamızın azarkeşlərini çox sevindirdi. Onlar bilsinlər ki, nə qədər çox sevinsələr, biz də özünəinam çox olacaq”.

"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin isə "Xəzər Lənkəran"la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında bunları deyib: "İkinci hissədə buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik. Müdafiədə diqqətsiz oynadıq, səhvlər məğlubiyyətə gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Subotiçin ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim”.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Ən yaxın rəqibimizdən 1 xal aldıq. İlk 15 dəqiqədən sonra rəqib daha yaxşı oynamağa başladı. 21 nömrəli oyunçunun hücuma təhlükəli qoşulmaları olduğunu bilirdik. Onun qarşısını ala bilmədik, qapımızda qol gördük. Oyuna yaxşı başladıq, yaxşı oynadıq. “Sumqayıt”ın yığdığa xallara baxıb aldanmayın, rəqiblərinə çətinlik yaşadacaq gücdədir. Bizim üçün bir xal da yaxşı nəticədir. Hakimlər oyunu yaxşı idarə etdi. Hakimlikdən razı qaldım. Yamin sarı vərəqə aldığı üçün əvəzlədim. İkinci hissədə qalib gələ bilərdik, Ramazanın zərbəsi qapı dirəyindən qayıtdı”.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu, oyunçular çox həvəsli idi. Oyunun taleyini ilk hissədə həll edə bilərdik. İkinci hissədə bərabər oynadıq. Yaxşı oynadıq, lakin nəticədən narazı qaldım. Müdafiədə buraxdığımız səhvdən qapımızda qol gördük. Hücumlarda son nöqtəni qoya bilməməyimiz bəlamızdır. Ruslan Nəsirli gənc futbolçudur, əsas heyətdə meydana çıxmışdı. Həyəcanlı olduğu hiss olunurdu”.




Teqlər:





Xəbər lenti