Dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? - RƏSMİ

 Dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? -  RƏSMİ
  13 Yanvar 2021    Oxunub:6459
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Azvision.az xəbər verir ki, Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi barədə hər hansı qərarın qəbul edilmədiyini deyib.
C.Valehov bildirib ki, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə məlumat Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti