Nazir ICESCO-nun Baş direktoru ilə görüşdü

Nazir ICESCO-nun Baş direktoru ilə görüşdü
  12 Yanvar 2021    Oxunub:2314
Təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Mohammed Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə ICESCO ilə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Prezidentin müvafiq sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub.

Nazir həmçinin ötən ilin 27 sentyabrından etibarən 6 həftədən artıq davam etmiş Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qonaqların diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Əl-Malikin işğaldan azad olunan ərazilərə səfər etməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti